Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 27 Yanvar 2021 21:09
  •  5 196

Tövlə içindəki mal-qara ilə birgə yandı

Faktla bağlı araşdırma aparılır

Şəkidə tövlə içindəki mal-qara ilə birgə yanıb.

AzNews.az-ın məlumatına görə, yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Qırxbulaq kəndində qeydə alınıb.

Yanğın kənd sakini Fəxrəddin Hacıbabayevə məxsus tövlədə ot bağlamalarından başlayıb. Dərhal hadisə yerinə Şəki rayon YMH-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının yaxınlıqda yerləşən digər tikiliyə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində tövlədə olan 3 baş iribuynuzlu mal-qara tələf olub. Həmçinin 300-dən çox ot bağlaması yanıb.

Faktla bağlı araşdırma aparılır.