Yaralanan var Yaralanan var
  • Mahal
  • 28 Yanvar 2021 14:57
  •  4 745

Tərtərin işğaldan azad olunmuş ərazilərində traktor minaya düşüb

Yaralanan var

Tərtər rayonunun işğaldan azad olunmuş ərazilərində traktor minaya düşüb.

Nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb.

E. Ələkbərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan E. Ələkbərovun vəziyyətinin qənaətbəxş olduğu bildirilib. (APA)

AzNews.az