• Mahal
  • 22 Fevral 19:30
  •  2 097

Tərtərdə mülki şəxs minaya düşüb

Nəticədə ağır yaralanan N. Verdiyevin sağ ayağının dizdən aşağı ətrafı amputasiya olunub

Tərtərdə mülki şəxs minaya düşüb.

AzNews.az xəbər verir ki, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.Fevralın 22-də saat 17 radələrində kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.

Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

(APA)