Qeyri-əhali qrupu üçün isə 9 simvoldan ibarət kod müəyyən edilib Qeyri-əhali qrupu üçün isə 9 simvoldan ibarət kod müəyyən edilib
  • Mahal
  • 25 Fevral 2021 12:20
  •  6 156

“Azərişıq” Şuşanın abunəçi kodunu aktivləşdirib

Qeyri-əhali qrupu üçün isə 9 simvoldan ibarət kod müəyyən edilib

“Azərişıq” ASC ötən il noyabrın 8-də işğaldan azad edilmiş Şuşa şəhərinin abunəçi kodunu sistemə əlavə edib.

Artıq ilk abunəçilərə kodlar təqdim edilib.

Kodları ilkin olaraq şəhərdə fəaliyyət göstərən dövlət strukturları alıb və sayğaclar quraşdırılıb.

Yeni abunə kodu Şuşanın avtomobil nömrəsi seriyası olan 58 rəqəmi ilə başlayır. Əhali qrup abunəçilər üçün 15, qeyri-əhali qrupu üçün isə 9 simvoldan ibarət kod müəyyən edilib.