Bununla da QMİ sədrinin və dini konfessiya rəhbərlərinin Ağdama səfəri başa çatıb Bununla da QMİ sədrinin və dini konfessiya rəhbərlərinin Ağdama səfəri başa çatıb
  • Mahal
  • 7 Aprel 2021 16:17
  •  4 483

Allahşükür Paşazadə Ağdamın Qiyaslı məscidində

Bununla da QMİ sədrinin və dini konfessiya rəhbərlərinin Ağdama səfəri başa çatıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Ağdama səfər çərçivəsində Ağdamın Qiyaslı məscidini ziyarət ediblər.

Ziyarət zamanı məsciddə azan və şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edək ki, erməni vandallığına məruz qalan Qiyaslı məscidindən onlar tövlə kimi istifadə ediblər. Eyni zamanda, ermənilər Ağdamdan çıxmazdan əvvəl məscidin dörd tərəfini minalayıblar, hazırda məscidin sadəcə girişi minalardan təmizlənib.

Bununla da QMİ sədrinin və dini konfessiya rəhbərlərinin Ağdama səfəri başa çatıb.