Mərasimi təşkil edən şəxslər RPŞ-yə gətirilib Mərasimi təşkil edən şəxslər RPŞ-yə gətirilib
  • Mahal
  • 1 May 2021 10:11
  •  6 624

Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı

Mərasimi təşkil edən şəxslər RPŞ-yə gətirilib

Aprelin 30-da Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıb.

Mərasimi təşkil edən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktik söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.