Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır
  • Mahal
  • 4 May 2021 10:55
  •  6 559

Lənkəranda ana doğuşdan sonra öldü

Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır

Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran rayon prokurorluğundan AzNews.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.