• Mahal
  • 8 May 09:17
  •  2 204

Prezidentin köməkçisi Şuşadan fotolar paylaşdı

“Şuşanın şöhrəti, qüruru və misilsiz mədəni-memarlıq üslubu Ermənistanın 30 illik hərbi işğalından sonra bərpa edilir”

Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşıb.

AzNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Şuşa şəhərində aparılan bərpa işlərini əks etdirən şəkillər paylaşıb.

O, Prezident İlham Əliyevin sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini bildirib.

“Şuşanın şöhrəti, qüruru və misilsiz mədəni-memarlıq üslubu Ermənistanın 30 illik hərbi işğalından sonra bərpa edilir”, - deyə H.Hacıyev qeyd edib.