DİN məlumat yayıb DİN məlumat yayıb
  • Mahal
  • 19 İyun 2021 12:40
  •  8 205

Şuşada silah-sursat aşkarlanıb

DİN məlumat yayıb

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzNews.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 13 müxtəlif növ qumbara, 1 avtomat, 1 qumbarataatan, 1 tank əleyhinə mina, 20 müxtəlif növ raket, 26 avtomat sandığı, 1 top mərmisi, 7124 müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.