Xankəndi şəhəri yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib Xankəndi şəhəri yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib
  • Mahal
  • 7 İyul 2021 14:52
  •  6 805

Dövlət başçısından Xankəndi ilə bağlı mühüm fərman

Xankəndi şəhəri yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib

AzNews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmanında bildirilib.

Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Qeyd edək ki, bundan əvvəl Xankəndi şəhəri Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Azərbaycan Prezidentinin bugünkü fərmanı ilə həmin iqtisadi rayon ləğv olunub.