Ağbulaq , Ağcakənd , Ağcayazı Ağbulaq , Ağcakənd , Ağcayazı
  • Mahal
  • 1 Sentyabr 2021 12:24
  •  9 295

Zəngəzur toponimləri

Ağbulaq , Ağcakənd , Ağcayazı

Əvvəli burada

Ağbulaq - Laçın rayonunda kənd. Ağbulaq inzibati ərazi vahidliyinin mərkzidir. Kənd rayon rayon mərkəzindən qərbdə rayonun 65- km- də dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Kəndin şimal-qərbində Ağdərə çayı axır. Şimal qərbədə Çölü gölü, Yeddi bölük ,Camal yurdu, Ağbaba piri, Qaranlıq dərəsi kimi yaylaqlarla və Mıxtökən yüksəkliyi ilə əhatə olunmuşdur. Ağbulaq kəndi şərqdə Şeylanlı, cənubdan Qarakeçdi kəndləri ilə qonşudur. Kənddə işğala qədər (1992) orta məktəb, uşaq bağçası, klub, kitabxana, xəstəxana, 2 mağaza, poçt və digər sosial obyektler var idi. 120 ev, 760 nəfər əhali olmuşdur. Agbulaq kəndində Ağbulaq şəlaləsi, Aşağı tala, Dəmirçi bulağı, Çinli qaya, Məcnun yurdu, Qədir təpəsi, Göy döş, Novruzun bulağı, Zol çuxuru vəs. mikrotoponimlər vardır. Kənddə Alban qəbiristanlığı və iri daşları üzərində alban yazıları vardır. Ağbulaq keçmişdə Zəngəzur qəzasında yaşamış ağkörpü adlı elatın qışlaq yerlərindən olmuşdur. Kənd həmin elata mənsub ailələr tərəfindən salınmışdır. Yerli əhalinin fikrinə görə Ağbulaq adı kəndin ortasındakı ağ rəngli qayalann altından qaynayıb çıxan qur sulu bulağın adı ilə əlaqədardır.

Ağcakənd – Laçın rayonunda kənd. Hocazsu çayının Sahilində, Qarabağ yaylasında, Qabaqtapa dağının ətəyindədir. Ağcəkənd kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Kəndin ərazisindən Ağdərə çayı axır. Kənd rayon mərkəzinin 70 km-də, dəniz səviyyəsindən 2000 m. hündürlükdə yerləşir. Kənddə işğala qədər (1992) orta məktəb, kitabxana, inzibati bina və digər sosial obyektlər var idi. 85 ev, 415 nəfər əhali olmuşdur. Ağcakənd kəndində Ülyan baba dağı, Hacıxalil dağı, Qaranlıq yaylağı, Uzun yol dağı, Carğa bulağı, At bulağı, Armudlu tala, Miriş yurdu, Qətər daşı, Turşsulu darəsi, Orucun bulağı, Mergi bulağı, Ağaxan bulağı və s. Mikrotoponimlər vardır. Kənddə Ağdərə çayının üzərində Qədim Sınıq körpü və Qaranlıq yaylasında iki qədim qəbiristanlıq vardı. Toponim ağca (ağımtıl, bozumtul yer, torpaq) və kənd sözlərinin birləşməsindən əmələ gəlib, ağımtıl yerdə kənd deməkdir. Pirembel tayfasına mənsubdur.

Ağcayazı - Laçın rayonunda düz. Toponimin adi ərazinin torpaq süxurlarının rəngi ilə əlaqədar olub türk mənşəli ağca (ağa alan rəng mənasında) və qədim türk dillərində "çöl, düz, düzənlik" mənasında işlənən yazı sözlərinin birləşməsindən ibarət olub, "ağımtıl düz" deməkdir. Yerli əhali arasında bəzən Ağcaəzi kimi tələffüz olunur. Ağcayazı - Laçın rayonu ərazisində dağ. Toponim Ağcayazı düzü ilə eyni mənalıdır.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013