1 nəfərin isə vəziyyəti ağırdır 1 nəfərin isə vəziyyəti ağırdır
  • Mahal
  • 5 Dekabr 2021 17:41
  •  6 996

Goranboyda biri əcnəbi olmaqla, 2 nəfər dəm qazından ölüb

1 nəfərin isə vəziyyəti ağırdır

Goranboyda 3 nəfər dəm qazından zəhərlənib.

Aznews.az xəbər verir ki, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, üç nəfər dəm qazından zəhərlənib, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılan zaman yolda ölüb. Dəm qazından zəhərlərənən daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Ölənlər arasında Türkiyə vətəndaşı da var.

Faktla bağlı araşdırmalara başlanılıb.