- Mahal
- 12 Yanvar 2022 11:19
- 6 005
Ağsuda məktəbdə faciəvi ölüm
 
            Araşdırma aparılır
Ağsuda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.
AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Soltan Umbayev adına 2 saylı orta məktəbdə baş verib.
Belə ki, Xəyal Şərifov adlı gənc təhsil ocağında sıradan çıxmış sayğacı dəyişdirərkən onu elektrik cərəyanı vurub.
Rayonun Qaraqoyunlu kənd sakininin ölümü ilə bağlı araşdırma aparılır.
 
                 
                             
                             
                             
                             
                             
                            