- Mahal
- 13 İyul 2022 20:55
- 6 699
Xaçmazdakı yanğın söndürülüb
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə yanğın baş vermişdi
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.
Aznews.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.