- Mahal
- 10 İyun 09:25
- 2 936
Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb

Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb.
Aznews.az-ın xəbərinə görə, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü İslamov Rəşad Eldar oğlunun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb.
Onun spirtli içki aludəçisi olduğu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.