- Mahal
- 18 Avqust 21:23
- 3 718
Şəkidə avtomobil ağaca çırpılıb

Bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Aznews.az xəbər verir ki, hadisə nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.