• Mahal
  • 28 Dekabr 2023 21:35
  •  6 462

Masallıda meşəlik ərazidən "Kalaşnikov" avtomatı aşkarlanıb

Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

"Aznews.az" xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.