• Mahal
  • 2 Yanvar 2024 09:00
  •  6 635

Göyçayda 6 otaqlı ev yanaraq kül olub

Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Aznews.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, Çaxırlı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.