• Mahal
  • 16 Sentyabr 11:32
  •  3 066

Elm və təhsil naziri Xocalıda yeni inşa edilən məktəbin ilk dərs günündə iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayev Xocalıda inşa edilən yeni məktəbin ilk dərs gününün açılışında iştirak edib.

32 illik fasilədən sonra Xocalıya köçürülən sakinlər ilk tədris ilini yenidən qurulan və ən müasir tələblərə cavab verən yeni tədris binasında keçirəcəklər.

Nazir öz çıxışında məktəb kollektivini bu münasibətlə təbrik edib və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Xocalı şəhər 1 saylı tam orta məktəbi 132 şagird yerlikdir. Məktəbəhazırlıq qrupunda beş, I sinifdə səkkiz, II-XI siniflərdə isə 21 şagird olmaqla, ümumilikdə 34 şagird tədrisə başlayıb. Məktəbdə dərslər 16 müəllim tərəfindən tədris ediləcək.