Suriyada dəhşətli terror aktı törədilib. Suriyada dəhşətli terror aktı törədilib.

Suriyada dəhşətli partlayış - 46 ölü, 100 yaralı

Suriyada dəhşətli terror aktı törədilib.


Məlumata görə, Homs şəhərinin mərkəzində Əz-Zəhra məhəlləsində ardıcıl iki partlayış qeydə alınıb. Bomba yüklü iki avtomobil partladılıb. Törədilən iki partlayış nəticəsində 46 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Terror aktı nəticəsində ölənlərdən 28 nəfərin mülki şəxslər olduğu bildirilir.

Suriya dövlət televiziyası isə birini kamikadzenin törətdiyi partlayışlar zamanı 14 nəfərin öldüyünü, 29 nəfərin isə yaralandığını qeyd edib. Ölənlərin sayının artacağı istisna edilmir. Partlayış törədilən ərazinin Bəşər Əsəd tərəfdarlarının nəzarəti altında olduğu bildirilir. Hadisəni hələlik heç bir quruplaşma öz üzərinə götürməyib.

Anspress.com