Britaniya Suriya müxalifətini silahlandıracaq

Britaniaya hökuməti Əsəd rejiminə qarşı mövqeyini sərtləşdirməyə başlayır. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, Britaniya Nazirlər kabineti müxalifətin silahla təchiz olunması məsələsini müzakirə edir.

Bu cür qərara gəlinməsinə səbəb Baş nazir Kemeronun Yaxın Şərq səfərinə çıxması və gördüyü mənzərədən məyus olmasıdır. Belə ki, ilkin olaraq Suriya ərazisində Azad Uçuş Zonasının yaradılması planlaşdırılır.

Daha sonra isə, təyyarələr vasitəsi ilə silahların ölkəyə göndərilməsi düşünülür. Kemeron özü şəxsən Nazirlər Kabinetinə bütün mümkün variantların araşdırılması üçün göstəriş verib.

Qeyd edək ki, Britaniya hökuməti bundan əvvəl Suriya müxalifətini silahlandırmayacağı, sadəcə maddi və qida yardımı göstərəcəyi ilə bağlı açıqlama vermişdi.

Sadiq Musa
AzNews.az