Türkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və çox sayda silah-sursat ələ keçirilib. Türkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və çox sayda silah-sursat ələ keçirilib.

Türkiyədə İŞİD əməliyyatı - Azərbaycanlılar həbs edildi

Türkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və çox sayda silah-sursat ələ keçirilib.


Anti-terror əməliyyatları ölkənin Qaziantep şəhərində keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə yerləşən evlərə basqın ediblər. Bununla yanaşı şəhərdə əməliyyatlar zamanı İŞİD-ə məxsus silah anbarı aşkar edilib.

Şəhərdə yerləşən evlərə baxış zamanı oradan müxtəlif növ partlayıcı maddələr, Kalaşnikov silahı, kustar üsullarla hazırlanan tüfənglər, mərmilər və bomba hazırlamaq üçün lazım olan ləvazimatlar ələ keçirilib.


İŞİD-ə məxsus silah anbarından ələ keçirilən silahlar

Həmçinin əməliyyatlar zamanı bomba hazırlamağı öyrətmək üçün nəzərdə tutulan videolar müəyyən edilib. Qrup Türkiyədə böyük terror hadisələri törətməyi planlaşdırıb.

Həmçinin polis sərhəddən Suriyaya keçməyə hazırlaşan 10 nəfəri həbs edib. Onlardan 9 nəfəri xarici ölkə vətəndaşı olub. Həbs olunanlar arasında Azərbaycan vətəndaşları da olub. Həmçinin İran, Tacikistan və Qırğızıstan vətəndaşları da Suriyaya keçməyə hazırlaşarkən saxlanılıb.

Anspress.com