Qaçqın düşərgələrində qadın alveri - FAKT

İtaliyanın nüfuzlu "Corriere della Sera" qəzeti suriyalı qaçqınların düşərgələrindəki qadınların ərəb milyonçularına satıldığı barədə məlumat yayıb. Məlumata görə, "aşağı qiymətə gəlinlər" adı altında həyata keçirilən satışları düşərgələrdə könüllü olaraq çalışan insanlar təşkil edir.

Düşərgələrdə qalan, ancaq həddi-buluğa çatmayan qızlar 1000-2000 avroya, dul qadınlar ise 4500 avroya satılır. Satışların əsasən İordaniya sərhəddində aparıldığı da qəzetdə yer alan xəbərlər sırasındadır.

Türkiyə, İraq, İordaniya kimi ölkələrdəki düşərgələrə 500 mindən artıq suriyalı qadının sığındığını bildirən qəzetin yazdıqlarına müxtəlif münasibətlər var.

Əbu Yusif adlı 27 yaşlı qadın əri öldürüldükdən sonra 55 yaşlı Səudiyyə Ərəbistanından olan mühəndisə ərə getməyə razılıq verdiyini bildirib. Onun sözlərinə görə, həyat yoldaşını Əsəd tərəfdarları qətlə yetirib: "3 uşağa necə baxa bilərəm? Mənim kimi onlarla dul qadın yeni həyat arzulayır".

Elnarə Əlosmanqızı
AzNews.az