Rusiyanın məşhur “Revizorro” verilişinin aparıcısı Yelena Letuçaya təzyiqlərə məruz qalıb. Rusiyanın məşhur “Revizorro” verilişinin aparıcısı Yelena Letuçaya təzyiqlərə məruz qalıb.

“Revizorro”nun qalmaqallı aparıcısı terrorizmdə ittiham olundu

Rusiyanın məşhur “Revizorro” verilişinin aparıcısı Yelena Letuçaya təzyiqlərə məruz qalıb.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, proqramın Moskva sezonu zamanı Yelena olduqca məşhur olan restoranlara baş çəkib. "Odessa-mama", "Deti Rayka" kimi restoranlarda aşkarladığı natəmizlik, vaxtı ötən qida məhsulları böyük qalmaqala səbəb olub. "Odessa-mama" restoranında bir nəfər Yelenaya hücum edib, onu soyuducuda bağlayıb, daha sonra isə üzərinə bir vedrə su töküb.

Həmçinin restoranın rəhbəri Tolik Baran aparıcının ünvanına sosial şəbəkədə təhqir dolu mesajlar yayımlayıb:
""Xaçapuri" və "Odessa-mama"nın dəyərli qonaqları! Xidmətdə ləngimələr mətbəximizdə ən gərgin vaxtda "Revizorro"dan olan ... terrorçu fəaliyyəti ilə bağlıdır. Rəhbərlik onlara daha layiqli iş tapmaqda kömək edənlərə mükafat vəd edib."

Bloqger Varvara Turovanın "Deti Rayka" kafesinin mətbəxində aşkarlanan qüsurlar da qalmaqala səbəb olub. Turova Yelenanın bəzi iradlarının haqlı olduğunu, lakin onun dediyi bütün tələblərə hətta Paris kafelərində belə əməl olunmadığını qeyd edib.

İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə federal xidmətin "Revizorro"nun qalmaqallı çəkilişinə reaksiyası məlum deyil.

Yelena Letuçayanın "Revizorro"dan ayrılmağa hazırlaşdığı barədə məlumat yayılıb. O, yeni aparıcını realiti-şouda seçir.

Aydan