İordaniyada xidmət keçirən ABŞ hərbçisi naməlum şəraitdə ölüb. İordaniyada xidmət keçirən ABŞ hərbçisi naməlum şəraitdə ölüb.

ABŞ hərbçisi öldü - İordaniyada

İordaniyada xidmət keçirən ABŞ hərbçisi naməlum şəraitdə ölüb.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Texas ştatından olan əsgər İsayya Buker, yanvarın 7-də vəfat edib. Onun ölümü hərbi əməliyyatlar ilə bağlı deyil. Hadisə ilə bağlı istintaq başlayıb.