Ermənistan baş naziri Karen Karapetyan və hökumət aparatının rəhbəri-nazir David Arutyunyan arasında münaisbətlər gərginləşməyə başlayıb. Ermənistan baş naziri Karen Karapetyan və hökumət aparatının rəhbəri-nazir David Arutyunyan arasında münaisbətlər gərginləşməyə başlayıb.

Ermənistan hakimiyyətində - Gərginlik

Ermənistan baş naziri Karen Karapetyan və hökumət aparatının rəhbəri-nazir David Arutyunyan arasında münaisbətlər gərginləşməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" qəzeti yazıb.

Nəşr vurğulayıb ki, hökumətin dünən keçirilən iclasında K.Karapetyan nəzərəçarpacaq dərəcədə gərgin olub.

"D.Arutyunyan artıq yaxın çevrəsinə baş nazirin təzyiqlərinə tab gətirə bilmədiyini söyləyib", - qəzet yazır.

Qeyd edək ki, daha əvvəl Ermənistan KİV-i ölkə prezidenti Serj Sarqsyanın dar çərçivədə söhbət əsnasında baş nazirin işindən narazılıq etdiyini və hətta K.Karapetyanın təyinatının ən böyük səhvlərdən biri olduğunu dediyini yazıb.

AzNews.az