Türkiyədə bir gündə 8 dəfə zəlzələ olub

Türkiyənin Çanaqqala ərazisində 4,7 baş gücündə zəlzələ baş verib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ayvacıkda 1 dəqiqə zaman fərqiylə 4,9 və 4.0 bal gücündə 2 zəlzələ qeydə alınıb. Ümumilikdə Çanaqqala və Balıkesirdə ard-arda 8 yeraltı təkan qeydə alınıb. Dərinlikləri 7,13 və 6,9 km olan zəlzələlər insanlar arasında təşvişə səbəb olub.