Nazirlikdən jurnalistlərin həbsi ilə bağlı AÇIQLAMA

İran ETTELAAT-ı İngiltərənin BBC kanalı ilə əməkdaşlıq etdiyi ittihamı ilə daha bir neçə jurnalisti həbs edib. Amerika mətbuatın yaydığı məlumata görə, həbs edilən jurnalistlər BBC-nin Brüssel, İstanbul və Parisdəki bölmələri ilə əməkdaşlıqda ittiham edilirlər. Bundan bir neçə gün əvvəl isə İranda 11 jurnalist həbs edilmişdi ki, onlara qarşı da eyni ittiham irəli sürülüb.

Bu arada İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi (ETTELAAT) jurnalistlərin həbsi ilə bağlı açıqlama verib. Nazirlik BBC telekanalı ilə əlaqədə olan şəbəkənin bir qrup üzvünün həbs edildiyini təsdiqləyib: " Hüquqi təqiblər və qeyd olunan şəbəkənin daxildəki üzvlərini dindirilməsindən sonra indiyə qədər bu şəbəkənin bir neçə üzvü həbs olunub və ya istintaqa çağırılıb".

Alpər
AzNews.az