İranın ali dini lideri Ayətullah Xomeyninin türbəsi qarşısında kamikadzenin özünü partlatması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. İranın ali dini lideri Ayətullah Xomeyninin türbəsi qarşısında kamikadzenin özünü partlatması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Ayətullah Xomeyninin türbəsi qarşısında partlayış – 1 nəfər öldü (Yenilənib)

İranın ali dini lideri Ayətullah Xomeyninin türbəsi qarşısında kamikadzenin özünü partlatması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, türbəyə hücum edən şəxslər 3 nəfər olub.

Bundan başqa, parlamentdə də atışma səslərinin davam etdiyi qeyd edilir.

AzNews.az

***

10:50

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, türbənin qarşısında baş verən atışma nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Bir qədər əvvəl İran parlamentinin hücuma məruz qaldığına dair xəbərlər yayılmışdı.

Həmin hücum zamanı biri mühafizə əməkdaşı olmaqla 3 nəfər yaralanıb.

Bəzi mənbələr parlamentə hücum edən şəxslərin 3 nəfər olduğunu iddia edir. Onların əlində "kalaşnikov" tipli avtomatlar olub.

İran polisi silahlılardan biri qaçmağa çalışarkən həbs edib.

AzNews.az

***

10:34

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, o, polisdən qaçmağa çalışan zaman həbs olunub.

Sözügedən şəxsin kimliyi barədə hələlik açıqlama verilmir.

O, parlamentə girməyə çalışarkən mühafizə əməkdaşına və iki mülki şəxsə atəş açıb. Mühafizə əməkdaşı ayağından yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

AzNews.az

***

10:21

AzNews.az xəbər verir ki, İranın Tasnim xəbər agentliyi parlament binasında bir neçə nəfərin girov götürüldüyü barədə xəbər yayıb. Binanın girəcəyində bir mühafizəçi və bina daxilində daha 3 nəfərin yaralandığı bildirilir.

Atışma hələ də davam edir.

****

10:12

AzNews.az Hurriyet agentliyinə istinadən xəbər verir ki, İranın Mehr və Fars agentlikləri parlamentin binasında atəş səsləri eşidildiyini yazıblar.

Hadisənin təfərrüatları hələ ki, bilinmir.