Dünyanın ən yaraşıqlı cinayətkarı bu qadınla sevgilidir - Foto

Dünyanın ən yaraşıqlı cinayətkarı kimi məşhurlaşan model Ceremi Miks sən demə evli imiş və 2 uşaq atasıdır.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq Ceremi həyat yoldaşına xəyanət edir və dəb imperiyasının milyard dollarlıq varidatının varisi olan Xloy Qrinlə görüşür.

Məlum olub ki, yeni sevgililər Fransada keçirilən 70-ci Kann kinofestivalı zamanı tanış olublar.

Bir müddət əvvəl Xloy şəxsi İnstagram hesabında da şəkil paylaşaraq "Bu hələ başlanğıcdır... Biz sevgini də, nifrəti də dəyərləndiririk." şərhini yazmışdı.