Misirin Baş prokurorluğu orqan ticarətində ittiham etdiyi 41 tibb işçisi barədə materialları Qahirə məhkəməsinə göndərib. Misirin Baş prokurorluğu orqan ticarətində ittiham etdiyi 41 tibb işçisi barədə materialları Qahirə məhkəməsinə göndərib.

41 tibb işçisi orqan ticarətində təqsirləndirildi – Misirdə

Misirin Baş prokurorluğu orqan ticarətində ittiham etdiyi 41 tibb işçisi barədə materialları Qahirə məhkəməsinə göndərib.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tibb müəssisələrinin əməkdaşları xarici ölkə vətəndaşlarına orqanların köçürülməsi üzrə qanunsuz əməliyyatlar aparıblar. Bununla yanaşı, donor qismində pula ehtiyacı olan Misir vətəndaşları iştirak edib.

Həkimlər xaricdə müştəri axtaran və onları Misirə gətirən vasitəçilərin köməyi ilə fəaliyyət göstəriblər. Təhqiqatın məlumatına əsasən, əməliyyatlardan biri əcnəbiyə 80-120 min dollara başa gəlsə də, donorun özünə cəmi 10-15 min Misir funtu (550-830 dollar) verilib.

Müstəntiqlər ümumilikdə 29 böyrək köçürülməsi əməliyyatının keçirildiyini müəyyənləşdirə biliblər. Həmçinin cinayətkar qrupun fəaliyyəti nəticəsində bir misirli donor qızın və üç əcnəbi pasientin öldüyü məlum olub.

AzNews.az