Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında meşə yanğınları davam edir. Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında meşə yanğınları davam edir.

Meşə yanğınları yaşayış məntəqəsinə çatdı - Sakinlər təxliyə edilir (Video)

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında meşə yanğınları davam edir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, alovun yaşayış məntəqələrinə çatması yerli sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Sözügedən yaşayış məntəqəsi Maripoza şəhərində yerləşir. Burada azı 2 min sakin məskunlaşıb.

Rəsmilər vəziyyətlə əlaqədar sakinlərin təxliyəsinə qərar veriblər. Məlumata görə, yanğınlar indiyə qədər 101 kvadrat kilometr ərazini əhatə edib. Bölgədə müşahidə olunan külək və istilər yanğınların qarşısını almağa mane olur. Alovun söndürülüməsinə, eyni zamanda, təyyarə və helikopterlər də qoşulub.

Meşə yanğınları Yosemit Milli Parkının fauna və florasına qarşı da ciddi təhlükə mənbəyinə çevrilib.

Bəxtiyar Abbasov

AzNews.az