Ruhani ABŞ-ı ikiüzlülükdə ittiham etdi

İran prezidenti Həsən Ruhani ABŞ hökumətini ikiüzlülükdə təqsirləndirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ruhani ABŞ-ın rəsmi Tehrana qarşı sanksiya tədbiq etmək istəyi ilə əlaqədar münasibətində belə deyib.

“Bir tərəfdən onlar Konqresə rəsmi məruzə təqdim edirlər ki, İran öz öhdəliklərini tamamilə yerinə yetirir, digər tərəfdən müxtəlif bəhanələrlə İrana qarşı yeni sanksiyalar tədbiq etməyə çalışırlar. Bu, məntiqə sığmır və Altılıq Ölkələrinin razılaşmasına ziddir. Amerikalılar həmişəki kimi özlərini ikiüzlü apardılar”

Ruhani qeyd edib ki, rəsmi Vaşinqton, bundan başqa, İqlim Sazişi, Kuba ilə əldə olunan razılaşmanı, həmçinin, Şimali Amerika və Şərqi Asiya ölkələri ilə əldə etdiyi bir çox razılaşmaları pozmaqla beynəlxalq qanunlara məhəl qoymayıb.

Bəxtiyar Abbasov

AzNews.az