Britaniya polisi Londonda dinc etiraz aksiyasından sonra başlayan iğtişaşlar zamanı xəsarət alıb. Britaniya polisi Londonda dinc etiraz aksiyasından sonra başlayan iğtişaşlar zamanı xəsarət alıb.

İğtişaşlar zamanı bir polis xəsarət aldı - Londonda

Britaniya polisi Londonda dinc etiraz aksiyasından sonra başlayan iğtişaşlar zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, şəhərin küçələrinə çıxan nümayişçilər polisə butulka və fişəng atıblar, zibil qutularını çeviriblər. Bundan başqa, onlar yolların birində barrikada qurublar.

Agentliyin məlumatına görə, toqquşmalar zamanı ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb.

Londonda etiraz aksiyası 20 yaşlı Rəşan Çarlzın dünyasını dəyişməsindən sonra başlayıb. Mərhumun qohumları onun ölümündə polisi ittiham edirlər.

AzNews.az