İran paytaxtının yeni meri seçilib

Məhəmmədəli Nəcəfi Tehran Şəhər Şurasında baş tutan səsvermədə yekdilliklə (21 səs) İran paytaxtının yeni meri vəzifəsinə seçilib.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bununla da o, Tehranın 16-cı meri oldu.

Məhəmmədəli Nəcəfi “İslaahat” düşərgəsindən olan 66 yaşlı siyasətçidir. Prezident Həsən Ruhaninin ilk dövlət rəhbəri dövründə o prezidentin müavini və Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində çalışıb. M.Nəcəfi həmçinin bir müddət İranın Tədqiqat və Təhsil Proqramlaşdırılması Təşkilatının rəhbəri vəzifəsində çalışıb.

Tehranın sabiq meri Məhəmməd Baqir Qalibafın 3 dövr bu vəzifədə çalışıb. M.B.Qalibaf Mühafizəkarlar düşərgəsinin tanınmış siyasətçisidir ki, prezident seçkilərində hazırkı prezident Həsən Ruhanin əsas rəqiblərindən biri hesab olunub. Qalibaf 2005-ci ildən Tehranın meri vəzifəsində çalışıb.

AzNews.az