Suriyada “İŞİD”in nüfuzlu sahə komandirləri öldürüldü

Suriyada Şimali Qafqazdan olan “İŞİD” komandirləri məhv edilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Sözügedən “İŞİD” komandirləri Əbu Ömər əş-Şişani, Alyauddin əş-Şişani və Səlahəddin əş-Şişanidir. Onlar uzun müddət İraqda gizli fəaliyyət göstəriblər.

Rus general-mayor Suriyada “İŞİD”ə qarşı əməliyyatların davam edəcəyini vurğulayıb.

Bəxtiyar Abbasov

AzNews.az