"Exo Moskva" radiostansiyasına hücum - Aparıcı boğazından yaralandı

Rusiyanın paytaxtı Moskvada naməlum kişi "Exo Moskva" radiostansiyasına bıçaqla hücum edib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticədə radionun xanım aparıcısı Tatyana Felqenhauer boğazından yaralanıb. Aparııcı xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə onun həyati təhlükəsi yoxdur.

Hücum edən şəxsi mühafizəçi tutaraq polisə təhvil verib. "Exo Moskva" radiostansiyanın baş redaktoru Aleksey Venediktov məsələ ilə bağlı bunları bildirib: "O xəstəxanaya yerləşdirilib, kateter qoyulub. Bilirəm ki, nəfəs alır".