Deputat şəhid ailələrini və qaziləri Laçına apardı

Sumqayıt şəhərində yaşayan bir qrup şəhid ailəsi və Vətən müharibəsi qaziləri Laçına səfər ediblər.

Səfər Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyilə həyata keçirilib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları səfər iştirakçılarına işğaldan azad edildikdən sonra şəhərdə görülən işlərlə bağlı geniş məlumat veriblər. Qeyd edilib ki, yenidən qurulan Laçın şəhərində erməni vandalizminin izləri məhv edilir. Laçın şəhərinə köçürülən sakinlər üçün hər cür şərait yaradılıb.

Laçına səfər zamanı qonaqlar "HoçazFilm" yaradıcılıq studiyasında da oldular. Bildirilib ki, burada yaradılan şərait həm tarixi, həmdə müasir filmlərinin çəkilməsi üçün ideal mərkəz hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinəsində hökumətin müdafiə naziri vəzifəsinə təyin edilən general Xosrov bəy Sultanovun həyatından bəhs edən "Qarabağ Qubernatoru" adlı bədii-sənədli film haqqında məlumat verilib.

Şəhid ailələri "Laçın Seyrəngahı", Həkəri çayı sahilində salınan istirahət parkında da olublar.

AzNews.az

image description image description