İranın sabiq prezidenti Məhəmməd Hatəmi müxalifət lideri, hazırda ev dustağı olan Mirhüseyn Musəvinin qızları ilə görüşüb. İranın sabiq prezidenti Məhəmməd Hatəmi müxalifət lideri, hazırda ev dustağı olan Mirhüseyn Musəvinin qızları ilə görüşüb.

Eks prezident qızları ilə görüşdü

İranın sabiq prezidenti Məhəmməd Hatəmi müxalifət lideri, hazırda ev dustağı olan Mirhüseyn Musəvinin qızları ilə görüşüb.




Koukəb və Nərgiz Musəvi ilə dünən baş tutan görüşdə M. Hatəmi onların valideynlərinin hələ də ev həbsində saxlanılmasını qınayaraq, problemin həll ediləcəyinə ümid bəslədiyini deyib: "İnşallah bir gün bu qanunsuz və əxlaqsız hərəkətlər sona çatar. Yalnız qanunlara uyğun addımlar atılar".

Qeyd edək ki, İranın müxalifət liderlərindən olan M. Musəvi və xanımı Zəhra Rəhnəvərd artıq 2 ildir, ev dustağıdır.


AzNews.az