Sakit okeanda 5 ay itkin düşmüş qızlar tapıldı

ABŞ dəniz qüvvələri Sakit okeanda itkin düşərək beş ay köməksiz qalmış iki qızı xilas edib.

AzNews.az "ABC News" kanalına istinadən xəbər verir ki, Havaydan Haitiyə gedərkən iki qadın açıq dənizdə beş ay itkin düşüb. Yaxtada olan iki qadın və iki it ABŞ-ın “Ashland” hərbi-desant gəmisinin əsgərləri tərəfindən xilas edilib. İtən yaxta Yaponiya sahilləri yaxınlığında tapılıb.

Cennifer Appel və Taşa Fuaba may ayında Haitiyə müstəqil səyahətə getmək qərarına gəliblər. Lakin fırtına zamanı yaxtanın mühərriki zədələnib. Daha sonra isə güclü külək onları açıq dənizə doğru aparıb. Xilas olunmaq üçün çoxsaylı siqnallar göndərsələr də, nəticəsiz qalıb. Çünki onlar sahildən çox uzaqda olublar. Yaxınlıqda isə gəmi olmayıb.

Səyahətçilərin sözlərinə görə, yola götürdükləri ehtiyat azuqə - çoxlu makaron və taxıl çeşidləri onları acından ölməkdən qurtarıb.