Nepalda sərnişin avtobusu qəzaya uğrayıb. Nepalda sərnişin avtobusu qəzaya uğrayıb.

Avtobus çaya aşdı - 31 nəfər öldü

Nepalda sərnişin avtobusu qəzaya uğrayıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nepalda sərnişin avtobusu paytaxt Katmandudan 50 km aralıda Trishuli çayına aşıb. Məlumata görə, qəza nəticəsində 31 nəfər ölüb. Polis hind festivalından dönən avtobusun qəzaya uğraması nəticəsində 13 adamın hələ də xilasetmə qrupları tərəfindən qayıqla axtarıldığını bildirib. Hadisə nəticəsində 16 nəfər yaralı halda xilas edilib.

Yüksəkliyi 8 min metri keçen Himalayın mərkəzində yerləşən Nepalda her il 1800 insan yol qəzasında ölür.