"Sociedad Civil Catalana" və bir neçə siyasi partiyanın təşkilatçılığı ilə Barselonada İspaniyanın bütövlüyünün tərəfdarlarının mitinqi keçirilib. "Sociedad Civil Catalana" və bir neçə siyasi partiyanın təşkilatçılığı ilə Barselonada İspaniyanın bütövlüyünün tərəfdarlarının mitinqi keçirilib.

Bu gün keçirilən mitinqə 1 milyon nəfər qatılıb

"Sociedad Civil Catalana" və bir neçə siyasi partiyanın təşkilatçılığı ilə Barselonada İspaniyanın bütövlüyünün tərəfdarlarının mitinqi keçirilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, təşkilatçıların dediyinə görə oktyabrın 29-da keçirilən mitinqə 1 milyon nəfər qatılıb. Rəsmi orqanlar isə 300 min nəfərin toplaşdığını deyir. Mitinqə qatılanlar sırasında İspaniyanın səhiyyə naziri Dolores Monserat, Kataloniya Xalq Partiyasının lideri Xavier Qarsiya Albiol, "Ciudadanos" partiyasının lideri Albert Rivyera və bir çox başqa nüfuzlu siyasətçilər olub.

Mitinq, "Kataloniya- biz hamımızıq!" şüarı altında keçirilib.