“Traktorsazi”nin təbrizli azarkeşlərindən daha bir ilk

Bütün Azərbaycanın fəxrinə çevrilən Təbrizin məşhur “Traktorsazi” futbol klubunun azarkeşləri bu komandanın Asiya Çempionlar Liqasındakı oyunu ərəfəsində ilkə imza atıblar.

Azarkeşlər oyun ərəfəsində "Qurani - Kərim"i 1 saat içərisində köçürərək sevimli komandalarına uğur diləyiblər.

Aksiyada "Traktorsazi" futbol klubunun 605 azarkeşi iştirak edib. Onlar nəstəliq xətti ilə qələmdən istifadə edərək "Quran"ın bütün ayələrini 1 saat ərzində yazıblar.

Qeyd edək ki, "Traktorsazi" futbol komandası 26 fevral saat 16:30-da Təbrizdəki "Yadigar İmam" stadionunda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandasını qəbul edəcək.

Oyun zamanı "Traktorsazi" komandasının oyunçuları və azərkeşlərinin Xocalıda soyqırıma məruz qalan soydaşlarımızın xatirəsini müxtəlif şüarlarla yad edəcəyi vurğulanır.

Alpər
AzNews.az