Cümə namazının ardından etiraz aksiyaları geniş vüsət alıb. Cümə namazının ardından etiraz aksiyaları geniş vüsət alıb.

Qüdsdə qanlı toqquşmalar - Yaralı sayı artır + Foto

Cümə namazının ardından etiraz aksiyaları geniş vüsət alıb.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxt elan etməsinə görə başlayan etiraz dalğası daha da genişlənib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail əsgərləri Əl-Xəlil, Nablus və Qalkiliyyədəki nümayişlərə müdaxilə edib. Cümə namazından sonra daha geniş vüsət alan aksiyaları hərbçilər mərmi və gözyaşardıcı qazlarla dağıtmağa çalışıb. Toqquşmalar nəticəsində onlarla şəxs xəsarət alıb. Yaralılar arasında jurnalistlərin də olduğu deyilir. İsrail və ABŞ əleyhinə şüarlar səsləndirilın aksiyalarda hər iki ölkənin bayraqları da yandırılıb.

Qeyd edək ki,ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinin ardınca bölgədə gərginlik pik həddə çatıb. Bu qərar eyni zamanda dünyanın siyasi mənzərəsini də dəyişib. Xüsusi ilə müsəlman ölkələri bu qərarın əleyhinə çıxıblar.