Berlində İsrail bayrağı yandırıldı - Prezident məsələyə qarışdı

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Berlində İsrail bayrağının yandırılmasını pisləyib və ictimaiyyəti antisemitizmlə mübarizəyə çağırıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, İsrailin Almaniyadakı səfirliyi önündə çıxış edən Ştaynmayer deyib ki, antisemitizmə yer yoxdur.

Qeyd edək ki, dekabrın 11-də Berlində keçiriləm aksiyada etirazçılar ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin tarixi paytaxtı elan etməsinə etiraz olaraq yəhudi bayrağını yandırıblar.