Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Putinlə Ərdoğan arasında telefon söhbəti olub

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

AzNews.az-ın rus mətbuatına istinadən məlumatına görə, tərəflər BMT Baş Assambleyasının Qüdslə bağlı son qətnaməsini müzakirə ediblər.

Prezidentlər Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində və Fələstin xalqının müstəqil dövlət yaratmaq hüququnun təmin olunması əsasında həllinə bundan sonra da yardım edəcəklərini təsdiqləyiblər.

Telefon danışığı zamanı BMT Baş Assambleyasında ABŞ-ın Qüdslə bağlı qərarının hüquqi qüvvəyə minməməsindən məmnunluq ifadə edilib.