Somalinin paytaxtı Moqadişo yaxınlığında terrorçu-kamikadze hərbi hissəyə hücum edib. Somalinin paytaxtı Moqadişo yaxınlığında terrorçu-kamikadze hərbi hissəyə hücum edib.

Somalidə ardıcıl iki terror aktı törədilib, ölənlər var

Somalinin paytaxtı Moqadişo yaxınlığında terrorçu-kamikadze hərbi hissəyə hücum edib.

APA-nın məlumatına görə, bu barədə “Voice of Nigeria” xəbər verib. Məlumata əsasən, hərbi hissəyə daxil olan terrorçu-kamikadze idarə etdiyi avtomobildə partlayıcı qurğunu işə salıb. Nəticədə 1 hərbçi ölüb, daha 3-ü yaralanıb.

İnsident cümə namazı zamanı baş verdiyindən, hərbi hissədə az adam olub. Bir müddət sonra yaralı əsgərləri xəstəxanaya aparan yük maşını partladılıb, bu zaman 3 hərbçi həyatını itirib. Hücuma görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.