ABŞ-ın Məxfi Xidməti Vaşinqtonda Ağ Evin qarşısındakı atışma barədə məlumatları araşdırır. ABŞ-ın Məxfi Xidməti Vaşinqtonda Ağ Evin qarşısındakı atışma barədə məlumatları araşdırır.

Ağ Evin qarşısında atışma

ABŞ-ın Məxfi Xidməti Vaşinqtonda Ağ Evin qarşısındakı atışma barədə məlumatları araşdırır.

AzNews.az xəbər verir ki, qurumun Twitter səhifəsində bildirilir ki, xidmətin əməkdaşları Ağ Evin şimal hasarı qarşısında bir nəfərin özünü tapancadan açılan atəş nəticəsində yaraladığı barədə daxil olan məlumatları araşdırır. Digər yaralıların olması barədə məlumat verilmir. Həkimlər yaralıya yardım edib. Ağ Ev ətrafında piyada və avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Ağ Evin mətbuat xidmətindən verilən məlumata görə, hadisə barədə artıq prezident Donald Trampa məruzə edilib. Hal-hazırda dövlət başçısı Florida ştatındakı iqamətgahındadır və yalnız günortadan sonra Vaşinqtona dönəcək.