- Köhnə - Dünya
- 14 Mart 2018 12:28
- 3 310
Baş nazirin mühafizə xidmətinin rəisi öldürüldü

İraqın baş naziri Heydər əl-Abadinin mühafizə xidmətinin rəisi Şərif İsmail öldürülüb.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Bağdaddan Mosula getmək üçün yola çıxan Şərif İsmail ona müxalif olan bir qruplaşma tərəfindən qətlə yetirilib. Onun yanında olan iki nəfər isə yaralanıb.
Qeyd edək ki, İsmail baş nazir Heydər əl-Abadinin bu gün Mosula edəcəyi səfərə görə təhlükəsizlik tədbirlərini görmək üçün Bağdaddan ayrılmışdı.