Böyük Britaniyanın baş naziri Devid Kameron Avropa Birliyinin Suriyaya qarşı silah embarqosuna qadağa qoyacaqlarını bildirib Böyük Britaniyanın baş naziri Devid Kameron Avropa Birliyinin Suriyaya qarşı silah embarqosuna qadağa qoyacaqlarını bildirib

Britaniya ilə Avropa Birliyi üz-üzə

Böyük Britaniyanın baş naziri Devid Kameron Avropa Birliyinin Suriyaya qarşı silah embarqosuna qadağa qoyacaqlarını bildirib




Böyük Britaniya hökuməti artıq Suriya Prezidenti Beşir Əsədə müxalif qüvvələr hərbi yardım göstərəcəyini söz verib.

Xarici işlər nazırı Villiam Hague hökumətin Suriyada vətəndaşların həyatını xilas etmək üçün müxalif qüvvələri zirehli maşınla təmin edəcəyini bildirib. O, həmçinin Britaniyanın axtarış və xilasetmə, rabitə və xəstəliyin önlənməsi üçün avadanlıqlarının alınması üçün milyonlarla funt yardım təklif etdiyini vurğulayıb.

Avropa Birliyinin razılığa gələcəyini ümid edən Kameron Böyük Britaniyanı müstəqil dövlət olduğunu və müstəqil xarici siyasət yürütdüyünü xatırladıb.

Xatırladaq ki, BMT-nin son statistikasına görə Suriyada iki milyon insan məcburi öz yerlerindən köçürülüb. Onlardan 400 mini ölkədən kənara axın ediblər.

Qaçanların böyük əksəriyyəti İordaniya, Livan, Türkiyə, İraq və Misirdə özlərinə sığınacaq tapıblar. Birləşmiş Krallıq qaçqın düşərgələrinin salınması üçün 139 milyon yardım göstərib. Avropalı əməkdaşlarını inandıra biləcəklərinə ümid edən Kameron bunu edə bilməyəcəkləri təqdirdə "Əgər biz Suriyada keçidin olmasını istəyiriksə, o zaman müxalif qüvvələrlə işləməliyik" deyə vurğulayıb.

Şamxal Əbilov
AzNews.az